Yuri Qusev Azərbaycana təşəkkür edib
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin bir qrup əməkdaşı bu ölkənin Azərbaycandakı səfirliyində olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "X" sosial şəbəkə hesabında yazıb.
"Keçən il Tokioda UMAC zamanı (Ukraine Mine Action Conference 2025) imzalanmış Anlaşma Memorandumuna əsasən ANAMA (Azərbaycan Minatəmizləmə Agentliyi) ilə əməkdaşlıq davam edir", - o qeyd edib.
Qusevin sözlərinə görə, təlim, təcrübə mübadiləsi və minatəmizləmə fəaliyyətində konkret addımlar atılır:
"Həmrəylik və dəstəyə görə Azərbaycana minnətdarıq".
Oxşar xəbərlər
Azər Kərimli: Jülyen Odul Fransada 9 milyon müsəlmanın yaşadığını unudub
Avropada, xüsusilə də Fransada dini və milli azlıqlara münasibətdə müşahidə olunan bəzi tendensiyalar insan hüquqları və azadlıqları ilə bağlı ciddi suallar doğ...