Yunanıstan parlamentindən tarixi qərar
Yunanıstan parlamenti Fələstini dövlət olaraq tanınmaq qərarı alıb. Parlamentin bu qərarı Yunanıstanın Fələstini rəsmən tanıması istiqamətində hökumətə tövsiyə xarakteri daşıyır.
BAKU.WS-in məlumatına görə, Yunanıstan parlamentinin sədri Nikos Vuçisin Fələstinin dövlət kimi tanınması istiqamətində təqdim etdiyi tövsiyə qərarı ümumi yığıncaqda səs çoxluğu ilə qəbul edilib.
Səsverməni Yunanıstan baş naziri Aleksis Çipras ilə birlikdə parlamentə gələn Fələstin prezidenti Mahmud Abbas da izləyib. 300 parlament üzvü səsvermədə iştirak edib. Nəticədə Yunanıstan hökumətindən Fələstin dövlətini tanıma prosesini başladılması tələb olundu.
Parlament bölgədə təhlükəsizlik və sülhün təmin edilməsi üçün paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin 1967-ci ildəki sərhədləri ilə tanınmasını istəyib.
Xatırladaq ki, Avropa Birliyində (AB) olan bir çox ölkənin milli parlamenti son dövrdə Fələstinin tanınması istiqamətində qərarlar qəbul edib.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan İŞİD-i terrorçu ilə təmin edən ölkələrin sırasında (ŞOK SİYAHI)
İŞİD terror təşkilatı demək olar ki, bir çox dövlətlərdə təbliğat aparırlar. BAKU.WS-in məlumatına görə, bu təbliğatın nəticəsində bir çox ölkələrdə İŞİD terro...