Yunanıstanın baş naziri turistlərə 1 həftə pulsuz tətil vəd etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Yunanıstanın baş naziri Kiriakos Mitsotakis meşə yanğınları nəticəsində evakuasiya edilən turistlərə gələn ilin yazında və ya payızında Rodos adasında bir həftə pulsuz istirahət vəd edib.
BAKU.WS xəbər verir ki, Yunanıstanda minlərlə turist meşə yanğınları səbəbindən tətillərini yarımçıq qoyub və təhlükəsiz ərazilərə təxliyə edilib.
“Bu, onlara adaya qayıtmağa və onun təbii gözəlliklərindən həzz almağa imkan verəcək”, - deyə baş nazir bildirib.
Yanğınların dağıdıcı təsir göstərdiyini qeyd edən Miçotakis, Rodosun yalnız yüzdə 5-inə bərabər olan 50 kvadrat kilometrdən az ərazinin yanğınlardan təsirləndiyini deyib.
O, vurğulayıb ki, Rodosun qalan hissəsi tamamilə normala dönüb.
Qeyd edək ki, Rodosda hazırda aktiv meşə yanğını yoxdur və yaxın 15 gün üçün hava proqnozu nisbətən yaxşı görünür.
Oxşar xəbərlər
Yunanıstanda güclü meşə yanğınları nəticəsində 10 min turist təxliyə edilib - FOTO
Yunanıstanın Rodos adasında beş gündür davam edən meşə yanğınları artıq turistlərin olduğu əraziyə çatıb. “Haber Global”ın məlumatına görə, 12 oteldən təxminən...