Yunanıstanda güclü meşə yanğınları nəticəsində 10 min turist təxliyə edilib - FOTO

Yunanıstanda güclü meşə yanğınları nəticəsində 10 min turist təxliyə edilib - FOTO
Foto
Siyasət 33

Yunanıstanın Rodos adasında beş gündür davam edən meşə yanğınları artıq turistlərin olduğu əraziyə çatıb.

“Haber Global”ın məlumatına görə, 12 oteldən təxminən 10 min turist təxliyə edilib.

Bundan başqa Yunanıstan ordusuna və Sahil Mühafizəsinə aid 3 qayıqla çox sayda turist 2 çimərlikdən təhlükəsiz yerə aparılıb.

Güclü külək və yüksək temperatur yanğınsöndürənlərin meşə yanğınlarının qarşısını almağa mane olur.

Son xəbərlər