Yunanıstanda meşə yanğınları - Alovlar Türk kəndlərinə çatıb, ölən var - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Yunanıstanın Aleksandrupoli bölgəsində meşə yanğınları 3 gündür davam edir.
Məlumata görə, yanğın türk kəndlərinin yerləşdiyi bəzi ərazilərə də çatıb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, ərazidə son 24 saat ərzində 13 yaşayış məntəqəsi boşaldılıb.
Yanğın əsasən türklərin yaşadığı Böyük Müsellim, Çepelli, Susurköy, Narlıköy və Kozlardərə kəndlərinə də keçib. Yaşayış məntəqələri boşaldılıb.
Kəndlərin birində evakuasiya əmrindən sonra heyvanlarını xilas etmək üçün axura qaçan bir nəfər ölüb. Rodop əyalətində yanğının söndürülməsi səylərinə 3 təyyarə də dəstək verir.
Aleksandrupoli şəhərində baş verən meşə yanğınını 3 gündür söndürmək mümkün olmayıb. Biri könüllü olmaqla 8 nəfər tənəffüs çatışmazlığı və yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib, 5 nəfər müalicə olunduqdan sonra evə buraxılıb.
Qalereya
Oxşar xəbərlər
Kanadada meşə yanğınlarının miqyası daha da genişlənir - FOTO - YENİLƏNİB
Kanadada irimiqyaslı meşə yanğınları tüğyan edir. BAKU.WS ölkənin Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, yanğın 788 hektar ərazini əhatə edib. X...