Yüksək vəzifə verilən general-mayor kimdir? - DOSYE
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün general-mayor Oqtay Kərimov daxili işlər naziri Vilayət Eyvazovun müavini təyin edilib.
BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, o, yeni vəzifədə 70 yaşı tamam olan general-leytenant Oruc Zalovu əvəz edib.
Oqtay Kərimov daha əvvəl Daxili Qoşunlarda Qərargah rəisinin birinci müavini vəzifəsində çalışıb. O, daha sonra DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb. Az sonra isə O.Kərimov həmin idarənin rəisi təyin edilib.
Oqtay Kərimov 2015-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 2018-ci ildə isə “Vətən uğrunda” medalı ilə təltif edilib.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...