Yoqa ilə məşğul olanların öldüyünü düşünərək, polisə kütləvi qətllər barədə məlumat verdi
İngiltərənin şərqindəki Linkolnşir bölgəsində kafeyə gedən şəxs yerdə hərəkətsiz uzanan insanları görüb və polisə zəng edərək kütləvi qətl hadisəsi baş verməsi barədə məlumat verib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, polis cəld hadisə yerinə basqın edib və yoqa dərsi yarımçıq qalıb.
Kafe müdirləri və yoqa edən şəxslər gözlənilməz polis basqını görüb şoka düşərkən, xəbərin əsassız olduğunu anlayan polislər rahat nəfəs alıblar.
Yerli polis orqanı hər kəsin təhlükəsiz və yaxşı olduğunu təsdiqləyib. Həmçinin hadisənin araşdırmayacağı vurğulanıb.
Basqın edilən kafenin feysbuk hesabından edilən açıqlamada, "Belə bir xəbərdən sonra tez bir zamanda hərəkətə keçən Linkolnşir polisinə təşəkkür etmək istərdik. Yolda onların ağıllarından nə keçdiyini bir an belə təsəvvür edə bilmirik" ifadələri yer alıb.
Oxşar xəbərlər
Türkiyə seçkilərində son rəqəmlər: Ərdoğan liderdir - YENİLƏNİR
Türkiyədə səsvermə qutularının 99,01 faizi açılıb. Bu barədə Türkiyə Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Son məlumata görə, Rəcəb Tayyib Ərdoğan 49,36 faiz...