Yerli televiziyaların xarici ölkələrdə yayımına pul ayrıldı
05
fev
2019
20:54
Prezident İlham Əliyev Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumölkə teleradio yayımçılarının xarici ölkələrdə yayımının təşkilinə dövlət dəstəyi verilməsi haqqında sərəncam imzalayıb.Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumölkə teleradio yayımçılarının peyk vasitəsilə xarici ölkələrdə yayımını təşkil etmək üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinə 2 milyon manat ayrılsın.Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.BAKU.WS
Oxşar xəbərlər
Bu televiziyaların hər birinə 600 min manat pul ayrıldı - SİYAHI
Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.Şuradan BAKU.WS-ə verilən məlumata görə, iclasda Azərbaycanda özəl ümumölkə teleradio yayımçılarına...