“Yeni simaların qeydə alınmasını görməkdən çox şadıq” - ABŞ səfiri

“Yeni simaların qeydə alınmasını görməkdən çox şadıq” - ABŞ səfiri
Siyasət 231

“Azərbaycanda parlament seçkilərində çoxlu sayda namizədin qeydə alınmasını görməkdən şadıq”.

BAKU.WS secki-2020.az-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger deyib.

O bildirib ki, ABŞ Azərbaycanda keçirilən parlament seçkilərini yaxından izləyir:

“Fərqli spektrləri təmsil edən namizədlərin, o cümlədən çoxlu sayda müstəqil, müxalif partiyalardan olan namizədlərin, gənclərin və qadınların, həmçinin yeni simaların qeydə alınmasını görməkdən çox şadıq. Biz şadıq ki, Azərbaycan seçkiləri müşahidə etmək üçün beynəlxalq müşahidəçiləri də dəvət edib. Biz beynəlxalq müşahidəçilərin müşahidələrini də izləyəcəyik və seçki prosesi ilə bağlı rəyimizi bildirəcəyik”.

Son xəbərlər