Yeni icra başçısı müavinlərini və köməkçisini İŞDƏN ÇIXARDI
Yeniliklərdən dərhal xəbərdar olun
Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov iki müavinini və köməkçisini vəzifəsindən azad edib.
BAKU.WS “Unikal.org”a istinadən xəbər verir ki, Elmir Bağırovun əmri ilə, Saatlı Rayon İcra Hakimiyyəti başçısının I müavini İlham Quliyev, müavini – İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Reyhan Ocaqova və başçının köməkçisi Mirzəağa Hümbətov işdən çıxarılıb.
Onların yerinə hələlik təyinat yoxdur.
Xatırladaq ki, Elmir Bağırov avqust ayının 24-də Prezident İlham Əliyevin Sərəncamı ilə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...