Yəməndə öldürülən uşaqların sayı açıqlandı
11
sen
2019
14:06
BMT İnsan Haqları komissarı Mişel Baçelet Yəməndə 4 ildir öldürülən sivillərlə bağlı danışıb.BAKU.WS İHA-ya istinadən xəbər verir ki, onun sözlərinə görə, 26 mart 2015-ci ildən 5 sentyabr 2019-cu ilə qədər 7508 mülki şəxs öldürülüb. Onlardan 1997-si uşaqdır.Ölü sayının hər gün artdığını deyən Baçelet, Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələrinin Dhamar şəhərində bir məktəbə etdiyi hücum zaman 109 nəfər ölüb, 50 nəfər isə yaralanıb.O sözlərinə əlavə edib ki, humanitar yardımların edilməsinin qarşısı alınır, jurnalistlərə öz işini icra etməyə imkan verilmir və qeyri-qanuni həbslər həyata keçirilir.Qeyd edək ki, Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələrinin Yəmənə hücumları nəticəsində ümumilikdə 50 mindən çox insan öldürülüb. Ölkədə qida və dərman qıtlığı yaranıb. Minlərlə insan kütləvi virusa yoluxub.
Oxşar xəbərlər
Yəməndə həbsxanaya hücum - Ölü sayı 156-ya çatdı
Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələrinin Yəmənin Zamar şəhərindəki həbsxanaya hücumu nəticəsində ölənlərin sayı 156-ya çatıb.BAKU.WS İHA-a ist...