Yaxın vaxtlarda Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyalarının görüşü keçiriləcək
"Yaxın vaxtlarda Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə hökumətlərarası komissiyalarının iclası keçiriləcək, lakin dəqiq tarix məlum deyil".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə bəyanatın mətni Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanın ofisi tərəfindən dərc edilib.
Xatırladaq ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev yanvarın yerli televiziya kanallarına müsahibəsində də bildirib ki, bu ay delimitasiya üzrə Azərbaycan və Ermənistan komissiyalarının növbəti görüşü olmalıdır:
"Bildiyim kimi, bu ay, hər halda bizim təşəbbüsümüzlə, təklifimizlə delimitasiya məsələsini davam etdirmək üçün delimitasiya üzrə Azərbaycan və Ermənistan komissiyalarının növbəti görüşü olmalıdır".
Oxşar xəbərlər
Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçəcək
Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçiriləcək "Heydər Əliyev-2026" birgə təlim...