Serbiya və Azərbaycan Nişdə qaz elektrik stansiyasının inşası ilə bağlı müqavilə imzalayıb
Serbiyanın dövlət enerji müəssisəsi "Serbiya Elektrosənayesi" (EPS), "Srbijagas" qaz şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Niş şəhərində kombinəedilmiş tsiklli buxar-qaz elektrik stansiyasının tikintisini nəzərdə tutan səhmdar sazişi imzalayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Serbiya Energetika Nazirliyi məlumat yayıb.
Əldə olunmuş razılaşmalar həmçinin birgə müəssisənin təsis edilməsini nəzərdə tutur.
Sənədi EPS və "Srbijagas" rəhbərləri Duşan Jivkoviç və Duşan Bayatoviç, həmçinin SOCAR prezidentinin inkişaf və portfel məsələləri üzrə müşaviri, "SOCAR Turkey"nin baş direktoru Elçin İbadov imzalayıblar.
Müqavilənin şərtlərinə əsasən, birgə müəssisədə Serbiya iştirakçılarının payı 50 % təşkil edəcək, qalan 50 % isə Azərbaycan tərəfinə keçəcək. Sənəd tərəflərin hüquq və öhdəliklərini, birgə idarəetmə prinsiplərini, hazırlıq mərhələsində əsas qərarların yekdilliklə qəbul edilməsi qaydasını, həmçinin layihə işlərinin maliyyələşdirilməsi şərtlərini təsbit edir.
Xəbər yenilənir
Qalereya
Oxşar xəbərlər
"Haber Global" Bakıda keçirilən "ADEX 2026" sərgisindən reportaj yayımladı
Azərbaycanın paytaxtı Bakı şəhərində 6-cı Beynəlxalq Müdafiə Sərgisi (ADEX) öz işinə başlayıb. Tədbirin açılışı Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı il...