Yaxın Şərqdə müharibə və Azərbaycanın artan rolu

Yaxın Şərqdə müharibə və Azərbaycanın artan rolu
Video
Siyasət 92

Bu il yayın əvvəli, daha doğrusu, iyunun ikinci yarısı qızğın siyasi hadisələrlə yadda qaldı. Bəzilərinin istəmədiyi, amma təəssüf ki, bir çoxlarının can atdığı hadisələr baş verdi.

BAKU.WS xəbər verir ki, bu barədə "Caliber" analitik layihəsinin "YouTube"dakı son buraxılışında bəhs edilir.

"ABŞ-nin sonda yəhudi dövlətinin tərəfində döyüş meydanına atıldığı İran-İsrail gərginliyini indi həqiqətən də öz adı ilə adlandırmaq olar - müharibə. Və bu, yaxın keçmişdə bir neçə dəfə baş verdiyi kimi, təkcə raket mübadiləsi "iltifatı" deyil. Bu, İsrail və İran arasında ilk müharibədir", - deyə materialda bildirilir.

Materialda o da vurğulanır ki, İsrail Silahlı Qüvvələri İran ərazisinə və obyektlərinə zərbə endirməyə başlayandan sonra Azərbaycan öz möqveyini dərhal və aydın şəkildə açıqladı:

"Rəsmi Bakı münaqişənin diplomatik yolla həllinin və bütün hərbi əməliyyatların tez bir zamanda dayandırılmasının tərəfdarı olduğunu bəyan etdi. Bundan başqa, Azərbaycan İsrailin İran ərazisindəki əməliyyatdan ciddi narahatlığını ifadə edib. Bu, təkcə müdrik deyildi, həm də yeganə rasional qərar idi".

Daha ətraflı videoda:

Son xəbərlər