Yaponiyanın Baş naziri: “Rusiyaya qarşı sərt sanksiyaları saxlamaq lazımdır”
Yeniliklərdən dərhal xəbərdar olun
“Ukraynadakı addımlarına görə Rusiyaya qarşı sərt sanksiyalar saxlanılmalıdır”.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Fumio Kişida polşalı həmkarı Mateuş Moravetski ilə birgə mətbuat konfransında bildirib.
“Rusiyanın Ukraynaya təcavüzünü mümkün qədər tez sona çatdırmaq üçün Polşa daxil olmaqla, müttəfiq ölkələrin əməkdaşlığı, Rusiyaya qarşı sərt sanksiyaları davam etdirməsi və Ukraynaya fəal şəkildə dəstək verməsi vacibdir”, - o vurğulayıb.
Yaponiya hökumətinin başçısı Ukraynaya dəstək verdiyi üçün iqtisadi baxımdan çətinlik çəkən Polşaya da ölkəsinin maliyyə yardımı göstərəcəyinə söz verib.
Oxşar xəbərlər
Yaponiyanın Baş naziri Kiyevə gedib - FOTO/VİDEO
Yaponiyanın Baş naziri Fumio Kişida Kiyevə qeyri-rəsmi səfər edib. BAKU.WS xəbər verir ki, bu barədə "Kyodo News" məlumat yayıb. Bildirilib ki, Baş nazir prez...