Rusiya sülh müqaviləsini imzalayacaq? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Kreml İkinci Dünya müharibəsindən sonra Yaponiya ilə sülh müqaviləsinin müzakirəsi ehtimalını rədd edib. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
“Yaponiya ilə İkinci Dünya müharibəsindən sonra heç vaxt imzalanmamış sülh müqaviləsinin bağlanması şərtlərinin müzakirəsi Tokionun Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyi və Ukraynaya hərbi yardım göstərdiyi bir şəraitdə mümkün deyil”, - deyə Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, bundan öncə Yaponiyanın Baş naziri Fumio Kişida Rusiya ilə sülh müqaviləsi imzalamaq fikirlərini irəli sürmüşdü. Bundan öncə isə Yaponiya hökuməti Rusiyanın Tokioya Kuril adalarını qaytarmasından sonra Moskva ilə sülh müqaviləsi imzalayacağını bildirmişdi.
Ətraflı BAKU.TV-nin videosunu təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...