Yaponiya Azərbaycanın Osakada keçiriləcək "Expo-2025"də fəal iştirakını gözləyir
Yaponiya Azərbaycanın Osaka şəhərində baş tutacaq "Expo-2025" sərgisində fəal iştirakını gözləyir.
"Report" Yaponiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu məsələ Azərbaycanın Tokiodakı səfiri Gürsel İsmayılzadənin xarici işlər üzrə dövlət naziri Hisayuki Fucii ilə görüşündə müzakirə olunub.
Söhbət zamanı tərəflər Cənubi Qafqaz regionundakı vəziyyət də daxil olmaqla beynəlxalq vəziyyəti, həmçinin beynəlxalq platformalarda əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Nazir iki ölkə arasında dekarbonizasiya sahəsində əməkdaşlığa marağın artdığını qeyd edib, həmçinin 2024-cü il dekabrın 25-də baş vermiş AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı həlak olanların ailələrinə başsağlığı verib.
G.İsmayılzadə öz növbəsində vətəndaşlar arasında qarşılıqlı səfərlərin və iki ölkə arasında iqtisadi əlaqələrin əhəmiyyətini vurğulayıb, eyni zamanda Yaponiya ilə Azərbaycan arasında münasibətlərin daha da dərinləşdirilməsinə hazır olduğunu bildirib.
Oxşar xəbərlər
İlham Əliyev: "Azərbaycanda bərpaolunan enerji layihələrinə 100 milyonlarla dollar vəsait qoyulub"
Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması xarici investorların həyata keçirdiyi genişmiqyaslı layihələrdir və bu layihələrə bu günə qədər 100 milyo...