Yapon mafiyası İranın nüvə silahı əldə etməsinə yardım edib?
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ hökuməti Yaponiya mafiyasının lideri Takeşi Ebisavanı nüvə materiallarının qaçaqmalçılığında ittiham edib.
BAKU.WS “Oxu.Az”a istinadən xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi onu İrana nüvə silahı satmaq cəhdində günahlandırıb.
“Yakudza lideri Takeşi Ebisava özünü İranla əlaqəsi olan narkotik və silah alverçisi kimi təqdim edən ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin gizli agentinə nüvə materiallarının nümunələrini göstərib”, - nəşr qeyd edir.
Prokurorların sözlərinə görə, material Myanmadan Tailanda qaçaqmalçılıq yolu ilə gətirilib. Daha sonra nümunələr müsadirə edilib və onların tərkibində nüvə silahının yaradılmasında istifadə olunan uran və silah dərəcəli plutonium olduğu aşkar edilib.
Oxşar xəbərlər
ABŞ nüvə silahı olan bütün ölkələri nüvə sınaqlarına moratorium elan etməyə çağırıb
ABŞ nüvə silahına malik olan bütün ölkələri bu növ silahların sınaqlarına moratorium elan etməyə və onu həyata keçirməyə davam etməyə çağırıb. BAKU.WS “report”a...