YAP Siyasi Şurası partiyanı təmsil edən deputatlara parlamentin buraxılması təşəbbüsü ilə çıxış etməyi tövsiyə edib
28
noy
2019
13:18
Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası parlamentdə təmsil olunan üzvlərinə parlamentin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edən qərar qəbul edib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Siyasi Şura bu qərarını Prezident İlham Əliyevin islahatlar kursuna və kadr islahatlarına dəstək məqsədilə verildiyini qeyd edib.
Qeyd edək ki, bu gün saat 14.00-da YAP-ı təmsil edən millət vəkilləri partiyanın mərkəzi qərargahında toplantı keçirəcəklər. Onların hakim partiya Siyasi Şurasının tövsiyəsi əsasında Prezident İlham Əliyevə müraciət edəcəkləri gözlənilir.
Oxşar xəbərlər
Azərbaycanda parlament buraxılır - SON DƏQİQƏ!
YAP-ın Siyasi Şurasının təcili iclasında sensasion qərar qəbul edilib. BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, iclasda parlamentdəki çoxluq Milli Məclis...