Yadigar Sadıqlı 2 noyabrda keçiriləcək qanunsuz aksiyanı təxirə salmağa SƏSLƏDİ
31
okt
2019
18:06
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Hörmətli Cəmil Həsənli 2 noyabr mitinqini təxirə salmağı təklif edib. Zənnimcə, doğru addımdır. Ümumiyyətlə, mitinqin belə erkən vaxta təyin olunması tələsik və o qədər də uğurlu olmayan addım idi”.BAKU.WS xəbər verir ki, Müsavat Partiyasının sədr müavini Yadigar Sadıqlı deyib.Onun sözlərinə görə, əgər yaxın perspektivdə hakimiyyəti devirmək ehtimalı yoxdursa, tez-tez qarşıdurmalara getmək rasional deyil:“19 oktyabr mitinqi uğurlu alındı, bir müddət onun verdiyi üstünlüklərdən istifadə etmək lazımdır. Xüsusən də işgəncələr əleyhinə ciddi kampaniyaya başlamaq zəruridir. Təəssüf ki, bu kampaniya arzuolunan səviyyədə deyil. Mənim irəli sürdüyüm təkliflərdən də istifadə olunmadı.Bir şeyi anlamaq lazımdır ki, Əliyev hakimiyyətinin xeyli dostları var, avtoritarizmə, seçkilərin saxtalaşdırmasına min bir bəhanə ilə haqq qazandırırlar. Amma işgəncələrə heç kim və heç bir əsasla haqq qazandırmağa risk belə etməz. Bundan maksimum yararlanmaq lazımdır”.
Oxşar xəbərlər
Cəmil Həsənli razılaşdırılmamış aksiyanı təxirə salmağa çağırıb
Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurasının (MŞ) sədri Cəmil Həsənli MŞ-nın noyabrın 2-nə təyin etdiyi razılaşdırılmamış aksiyanın təxirə salınmasını tək...