Cəmil Həsənli razılaşdırılmamış aksiyanı təxirə salmağa çağırıb

Cəmil Həsənli razılaşdırılmamış aksiyanı təxirə salmağa çağırıb
Siyasət 892
Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurasının (MŞ) sədri Cəmil Həsənli MŞ-nın noyabrın 2-nə təyin etdiyi razılaşdırılmamış aksiyanın təxirə salınmasını təklif edib.BAKU.WS xəbər verir ki, C.Həsənli bu barədə "Facebook" hesabında yazıb.C.Həsənli razılaşdırılmamış aksiyanın təxirə salınması üçün Milli Şuranın Koordinasiya Şurası və AXCP-nin təcili müzakirə aparmalı olduğunu vurğulayıb.Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətinə baxılıb və mitinqin noyabrın 2-si saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi, "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib. Lakin AXCP sədri Əli Kərimli aksiyanın razılaşdırılmamış şəkildə Nəsimi rayonu, metronun “28 may” stansiyasının yaxınlığında keçiriləcəyini bildirib. Bundan sonra DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib.

Oxşar xəbərlər

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırdı

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırdı

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb.BAKU.WS xəbər verir ki, BŞİH-də müraciətə baxılıb və mitinqin noyabrın...

2074 Siyasət 15:29 30 oktyabr 2019

Son xəbərlər