Xuore Tevope: Fransız Polineziyasının beynəlxalq dəstəyə ehtiyacı var
29
may
2024
21:43
Fransız Polineziyasının müstəmləkəçiliklə mübarizədə beynəlxalq dəstəyə ehtiyacı var.
Bu barədə “Report”a açıqlamasında Fransa Polineziyasının hakim “Tavini” partiyasının üzvü Xuore Tevope deyib.
“Bilirik ki, Bakı Təşəbbüs Qrupu bir çox ölkələrdə müstəmləkəçiliyə qarşı mübarizə mövzusunda konfranslar təşkil edir. Bu təşəbbüs bizim üçün vacibdir, biz beynəlxalq dəstək tapmalıyıq”, - o vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan və Fransa Polineziyası arasında əməkdaşlıq təhsil, iqtisadiyyat və enerji keçidi sahələrində çoxlu imkanlar açır.
Oxşar xəbərlər
Yeni Kaledoniyada aksiyada Azərbaycan Prezidentinin və "Dəmir Yumruğun" plakatları qaldırılıb - FOTO
Martın 20-21-də Yeni Kaledoniyanın paytaxtı Numea şəhərindəki Cocotiers meydanında müxtəlif şüarlarla etiraz aksiyası keçirilib. BAKU.WS report-a istinadən xəbə...