Növbəti köç karvanları Xocavənd və Şuşaya çatıb, mənzillərin açarları təqdim edilib
Növbəti köç karvanı Şuşanın Kiçik Qaladərəsi kəndinə çatıb, mənzillərin açarları sakinlərə təqdim edilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, açarların verilmə mərasimində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyindən, eyni zamanda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
***
Növbəti köç karvanları Xocavənd rayonunun Quzeyxırman, Güneyxırman kəndlərinə çatıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, kənddə sakinlərin qarşılanma mərasimi baş tutub.
İlk mərhələdə Quzeyxırman kəndinə 18 ailə (82 nəfər), Güneyxırman kəndinə isə 21 ailə (103 nəfər) köçürülüb.
***
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam etdirilir.
BAKU.WS report-a istinadən xəbər verir ki, Xocavənd rayonunun Quzeyxırman, Güneyxırman kəndlərinə və Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İlk mərhələdə Quzeyxırman kəndinə 18 ailə - 82 nəfər, Güneyxırman kəndinə isə 21 ailə - 103 nəfər köçürülüb.
İlk mərhələdə Kiçik Qaladərəsi kəndinə 11 ailə - 39 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qalereya
Oxşar xəbərlər
Müqəddəs kitabların təhqir edilməsi və qlobal ikili standartlar - "İslamın mahiyyəti sülh və ədalətdir"
"Azərbaycan cəmiyyəti tarixən dini və mədəni müxtəlifliyə hörmət ənənələri ilə seçilib". BAKU.WS xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında ilahiyyatçı...