Xocavənddə mülki şəxs minaya düşüb

Martın 13-də saat 16 radələrində 1980-ci il təvəllüdlü İman Baxşaliyevin Xocavənd rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xocavənd rayon Prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, aparılmış araşdırmalarla İman Baxşaliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində "sağ ayağın topuqdan aşağı ətrafının amputasiyası" və digər çoxsaylı xəsarətlər alması müəyyən edilib.
Faktla bağlı Xocavənd rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Füzulidə minaya düşən şəxs xəstəxanada vəfat etdi - YENİLƏNİB
Xəbər verildiyi kimi, 1 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşı Babayev Zabil Qabil oğlu Füzuli rayonunun işğaldan azad olunmuş əraz...
