Xocavənddə erməni minaya düşdü

Xocavənddə erməni minaya düşdü
Siyasət 75

Xocavənd rayonunun Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Qırmızı Bazar ərazisində aprelin 2-də meşə zonasında mina partlayıb və erməni mülki şəxs xəsarət alıb.

BAKU.WS xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Polis əməkdaşları müəyyən ediblər ki, həmin gün saat 15:10 radələrində üç erməni ərazidə qulançar yığarkən minaya düşüb və 1997-ci il təvəllüdlü G.B. xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib, ona sol ayağının travmatik amputasiyası diaqnozu qoyulub.

Son xəbərlər