Xocalıdakı radiolokasiya stansiyası məhv edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Müdafiə Nazirliyindən verilən məlumata əsasən, düşmənin bütün havadan müdafiə sistemini yönəldən, Xocalıda yerləşən ən bahalı 19J6 (ST-68U) radiolokasiya stansiyası məhv edilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
"Qeyd edək ki, Ordumuzun məhv etdiyi 19J6 RLS qanadlı raketlər də daxil olmaqla hava hədəflərini aşkarlamaq, tanımaq və izləmək üçün nəzərdə tutulur.
Radar, həmçinin hava həfədlərini və koordinatlarını, onun dövlət mənsubiyyətini və fəal maneə mənbələrini təyin etməyə imkan verir. Mürəkkəb meteoşəraitdə və aşağı yüksəklikdəki hədəfləri aşkarlayan və izləyən 19J6 RLS-in müasir Avtomatlaşdırılan İdarəetmə Sistemləri (AİS) ilə inteqrasiyası mümkündür", - nazirlikdən bildirilib.
Oxşar xəbərlər
“O, təkidlə mənə “Xocalıda 2 nəfərin öldüyünü yazın” dedi” - Bir xəbərin REZONANSI
1992-ci il fevralından 25-dən 26-na keçən gecə törədilmiş dəhşətli Xocalı qətliamının bu gün 27-ci ildönümü qeyd olunur. Hələ də beynəlxalq səviyyədə Xocalı soy...