XİN: "Rusiya şirkətləri Qarabağdakı bərpa işlərində iştirak etməyə hazırdır"
Yeniliklərdən dərhal xəbərdar olun
"Rusiya şirkətləri Qarabağ münaqişəsindən sonra bölgədə görülən bərpa işlərində iştirak etməyə hazırdır. Belə ki, ölkənin bir qrup şirkəti noyabrın 17-18-də Azərbaycana səfər etmək niyyətindədir".
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.
İkitərəfli əməkdaşlığa misal olaraq Cəbrayıl rayonunda Rusiyanın “KamAZ” müəssisəsi və Gəncə Avtomobil Zavodunun birgə servis mərkəzinin təməlqoyma mərasimi keçirilməsini göstərən rusiyalı rəsmi Azərbaycanda işgüzar fəaliyyəti genişlətməkdə maraqlı olduqlarını diqqətə çatdırıb.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev dekabrın 29-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edi...