XİN rəhbəri: "199 Azərbaycan vətəndaşı Ukraynanı tərk edib"
25
fev
2022
12:59
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan vətəndaşları Moldova sərhədindən keçməklə Ukraynanı tərk edə bilərlər”.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə bildirib.
Məlumata görə, dünən və bu gün ərzində 199 Azərbaycan vətəndaşı Ukrayna-Moldova sərhədi vasitəsilə Ukraynanı tərk edib.
Bütün vətəndaşlara səfirliklə əlaqə saxlamaq, həmçinin hərbi qüvvələrdən və obyektlərdən uzaq olmaq, evdə və ya təhlükəsiz yerdə qalmaq, səfərlərdən çəkinmək tövsiyə olunur.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...