XİN Paşinyana Hüseyn Cavidin şeiri ilə cavab verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın baş naziri Nikol Paşinyanın ölkə parlamentində söylədiklərinə cavab verib.
Nazirliyin Mətbuat xidməti idarəsindən BAKU.WS-ə bildirilib ki, aprelin 14-də Ermənistan parlamentində çıxış edən N.Paşinyan növbəti sərsəmləmələri ilə diqqət çəkməyə çalışıb.
"Nikol Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa belə layiq deyil.
Ağır məğlubiyyətdən nəticə çıxarmayan baş nazir Paşinyana elə onun istinad etdiyi şeir dili ilə izah etmək istərdik. Hüseyn Cavidin dediyi kimi:
"Yurdumuzu çiynəyən
Sayğısız hər kim olsa.
İnan ki, çox sürmədən,
Diz çökəcək qarşıda".
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...