XİN husilərin Ər-Riyada etdiyi PUA hücumunu pislədi
Yeniliklərdən dərhal xəbərdar olun
Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki neft emalı zavoduna pilotsuz uçuş aparatlarının hücumunu pisləyib.
BAKU.WS xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "Twritter" hesabında qeyd olunub.
“Azərbaycan terrorizmin bütün forma və təzahürlərini pisləyir. Azərbaycan Səudiyyə Ərəbistanı ilə ölkənin təhlükəsizliyini, sabitliyini və ərazi bütövlüyünü müdafiə etmək üçün həyata keçirdiyi tədbirlərdə həmrəy olduğunu bildirir”, - tvitdə bildirilib.
Xatırladaq ki, martın 10-da Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərindəki neft emalı zavoduna PUA-lar vasitəsilə hücum edilib. Hadisə nəticəsində heç kəs zərər çəkməyib, neft tədarükündə problem yaşanmayıb. Hücumları İranın dəstəklədiyi Yəməndəki husi qruplaşmaları törədib.
Oxşar xəbərlər
Azərbaycanda jurnalistlərin fəaliyyətini tənzimləyəcək yeni qanun layihəsi - TAM MƏTN
Azərbaycanda "Media haqqında" yeni qanun layihəsi hazırlanıb. Sənəd media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi infor...