XİN başçısı: "Azərbaycan üçün mübarizənin yeni mərhələsi başlayıb"
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanın zəfər əldə etməsi və Türkiyə ilə qurduğu münasibətlər nəticəsində Cənubi Qafqazda yeni reallıq yaranıb”.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Onun sözlərinə görə, bunu da hər kəs qəbul edir və edəcək: "Azərbaycan üçün mübarizənin yeni mərhələsi başlayıb.
Otuz ildir işğal altında olan, yerlə-yeksan edilmiş, bir milyona yaxın insanımızın didərgin salındığı həmin torpaqların minalardan təmizlənməsi kimi böyük bir iş bizi gözləyir.
Bu il bu mövzuda ciddi işlər görülməlidir. Artıq illəri əhatə edəcək yox, aylarımızı alacaq işlərdən danışırıq. Aylar sonra köçkünlərin bəziləri yurdlarına qayıdacaq”.
Oxşar xəbərlər
Bir qrup hərbu qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...