XİN: İraqdan 295 Azərbaycan vətəndaşının repatriasiyası həyata keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq son illər ərzində İraqdan 288 nəfəri uşaq və 7 nəfəri qadın olmaqla ümumilikdə 295 nəfər Azərbaycan vətəndaşının ölkəyə repatriasiyası həyata keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında qeyd edilib.
Bildirilib ki, il ərzində Azərbaycan ilə İraq, Macarıstan, Türkiyə, Monteneqro, Qazaxıstan, Tacikistan, Lüksemburq, Rusiya, İran, Özbəkistan, Kolumbiya, Gürcüstan arasında konsulluq məsləhətləşmələri keçirilib.
Azərbaycanın Xarici İşlər Nazirliyi ilə Macarıstan, Tacikistan və Pakistan Xarici İşlər Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, Albaniya, Mərakeş, Səudiyyə Ərəbistanı və Qambiya ilə ikitərəfli müqavilələr imzalanıb. 2024-cü ildə "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş"ə uyğun olaraq müvafiq fəaliyyət həyata keçirilib, 382 şəxs ölkəmizə readmissiya olunub.
Oxşar xəbərlər
Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur
Xəzər dənizinin dayazlaşması və səviyyəsinin dəyişməsi bütün Xəzəryanı dövlətlərdə narahatlıq doğurur. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Rus...