XİN-in iki idarə rəisi vəzifələrindən azad edildi - RƏSMİ
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) iki idarə rəisi vəzifələrindən azad edilib.
BAKU.WS Modern.az-a istinadən xəbər verir ki, nazirliyin Baş İdarəsinin rəisi Qaya Məmmədov və Linqvistik Təminat İdarəsinin rəisi Rizvan Nəbiyev deputat seçildikləri üçün vəzifələrindən azad olunublar.
Qeyd edək ki, Qaya Məmmədov 31 saylı Suraxanı ikinci seçki dairəsindən, Rizvan Nəbiyev isə 49 saylı Abşerom ikinci seçki dairəsindən deputat seçiliblər.
Azərbaycanın Cənubi Afrika Respublikasındakı müvəqqəti işlər vəkili, diplomatik missiyanın rəhbəri Zaur Şükürov da geri çağırılıb. O, 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsindən mandat qazanıb.
Məlumatı Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə saytımıza açıqlamasında təsdiqləyib. O, müvafiq vəzifələrə kimlərin təyin olunduğu ilə bağlı sualımıza belə cavab verib: "Daxili təyinatlar barədə mətbuata məlumat verilmir".
Oxşar xəbərlər
İlham Əliyev: "Azərbaycanda bərpaolunan enerji layihələrinə 100 milyonlarla dollar vəsait qoyulub"
Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması xarici investorların həyata keçirdiyi genişmiqyaslı layihələrdir və bu layihələrə bu günə qədər 100 milyo...