XİN: COP29 iştirakçıları Azərbaycana təkrar giriş zamanı yenidən viza üçün müraciət etməlidirlər
Azərbaycan hökuməti COP29-a qeydiyyatdan keçmiş iştirakçılar üçün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) onlayn qeydiyyat sistemi vasitəsilə müraciət edilə bilən "COP29 Xüsusi Viza" təqdim edib.
BAKU.WS bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
"COP29 Xüsusi Viza"sını iştirakçılara göndərilən UNFCCC qeydiyyat təsdiq məktubundakı link və ya Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə əldə etmək olar. Sonuncu halda qeydiyyat məktubu səfər üçün əsas təsdiqedici sənəd kimi qəbul ediləcək", - məlumatda bildirilib.
"COP29 Xüsusi Viza"sı sahibinə Azərbaycan Respublikası ərazisinə birdəfəlik giriş və ölkə ərazisində 30 günədək qalmaq hüququ verir.
Ölkəni tərk etmək və Azərbaycana yenidən qayıtmaq lazım gəldikdə, ilkin viza alınmış UNFCCC qeydiyyat nömrəsindən istifadə edərək viza üçün təkrar müraciət edilməlidir.
"COP29 Xüsusi Viza"sı rəsmi portal (onlinereg.unfccc.int/onlinereg) vasitəsilə onlayn müraciətdən və ya Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarına müraciətdən sonra üç (3) iş günü ərzində veriləcək", - XİN-dən bildirilib.
COP29 iştirakçılarına UNFCCC tərəfindən qeydiyyatın təsdiqlənməsindən dərhal sonra viza üçün müraciət etmək tövsiyə olunur.
Oxşar xəbərlər
Avropa İttifaqı Azərbaycanla sərhəddə casusluq fəaliyyətini davam etdirir - ANBAAN GÖRÜNTÜ
Avropa İttifaqının (Aİ) Azərbaycanla sərhəddə yerləşdirilmiş və kəşfiyyat materialları toplamaqla məşğul olan "müşahidəçiləri" "fəaliyyətləri"ni davam etdirirlə...