XII Qlobal Bakı Forumunun üçüncü günü başlayıb
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusuna həsr olunan XII Qlobal Bakı Forumunun üçüncü günü başlayıb.
BAKU.WS xəbər verir ki, tədbirdə əvvəlki forumlarda olduğu kimi, dünyanın müxtəlif ölkələrinin prezidentləri, baş nazirləri, nazirləri, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.
Forumun sonuncu günündə "Yeni Dünya üçün Yeni Texnologiyalar", "Gender- Təhlükəsizlik - İqlim Bağlantısı", "Qlobal Səhiyyə Böhranda: Hazırlılıq və Bərabərlikdə Yeni Cəbhələr" və "Gənclər danışsın, biz dinləyək" adlı panellərin keçirilməsi nəzərdə tutulub.
Oxşar xəbərlər
II İlya dəfn edilib, Azərbaycan rəsmiləri mərasimdə iştirak edib
Bu gün Gürcüstanın paytaxtı Tbilisi şəhərində Müqəddəs Üçlük Kafedralında Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlyanın dəfn mərasimi keçirilib. BAKU.WS repo...