XII Qlobal Bakı Forumu çərçivəsində "Youth Speak, We Listen" mövzusunda panel müzakirəsi keçirilib

XII Qlobal Bakı Forumu çərçivəsində "Youth Speak, We Listen" ("Gənclər danışır, biz dinləyirik") mövzusunda panel müzakirəsi keçirilib.
"Report" xəbər verir ki, müzakirələrdə yeni nəslin nümayəndələri qlobal problemlərin həlli ilə bağlı öz baxışlarını təqdim ediblər. Gənc spikerlər iqlim gündəliyi, aktual siyasi məsələlər, investisiyalar və sahibkarlığın inkişafı da daxil olmaqla geniş spektrli aktual mövzuları müzakirə ediblər.
Gənclərin qərarların qəbuluna necə təsir göstərə biləcəyinə və dünyada müsbət dəyişikliklərə necə töhfə verə biləcəyinə xüsusi diqqət yetirilib.
Müzakirə iştirakçıları müasir cəmiyyətin qarşısında duran əsas çağırışları qeyd etməklə yanaşı, onların aradan qaldırılmasına kömək edə biləcək praktiki təşəbbüslər də təklif ediblər. Onlar nəsillər arasında dialoq, innovativ həllər və beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıblar.
Panel iştirakçıları arasında COP29-un gənclər iqlim çempionu Leyla Həsənova da olub. O qeyd edib ki, gənclərin səsi iqlim problemləri ilə bağlı daha ucadan səslənməli, onların ideyaları isə qlobal səviyyədə dəstək tapmalıdır.
Oxşar xəbərlər
İsrailin sabiq prezidenti: Dini inancından asılı olmayaraq hamı eyni müalicə üsulundan faydalanmalıdır
Xristianlar, müsəlmanlar, yəhudilər və digərləri eyni müalicə üsulundan faydalanmalıdır. "Report" xəbər verir ki, bunu İsrailin sabiq prezidenti Daliya Itzik XI...
