“Xiaomi” Türkiyədə zavod açıb
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankın "Twitter" hesabında Çinin "Xiaomi" şirkətinin Türkiyədəki zavodunun fotoşəkili dərc olunub. Nazir və müəssisənin işçilərinin yer aldığı fotoşəkildə yeni yığılan "Redmi Note 9C" smartfonu nümayiş olunur.
BAKU.WS "ICTnews"a istinadən xəbər verir ki, nazirin sözlərinə görə, hazırda müəssisədə smartfonların sınaq istehsalına başlanılıb.
Bununla yanaşı, tam istehsala yaxın vaxtlarda başlamaq nəzərdə tutulur. İlkin məlumatlara görə, müəssisədə həm daxili Türkiyə bazarı, həm də Avropa ölkələri üçün ucuz "Xiaomi" smartfonları – əsasən başlanğıc və orta səviyyəli "Redmi" modelləri yığılacaq.
Qalereya
Oxşar xəbərlər
Yeni “Apple” məhsulları açıqlandı
Payızda “Apple” şirkəti dörd smartfon və bir neçə digər məhsul buraxacaq. Bu barədə analitik Mark Qurmanın “Bloomberg” üçün hesabatında deyilir. BAKU.WS “ICTnew...