Xəzərin sahilində 20-yə yaxın suiti ölüsü aşkarlanıb

06
dek
2020
18:47
Xəzər dənizinin Rusiya sahillərinə düşən hissəsində ölü suitilər aşkar edilib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, Mahaçqala sahillərində 17 ölü suiti tapılıb. Videolar sosial şəbəkələrdə yayılıb.
Dağıstanın Təbii Sərvətlər və Ekologiya nazirinin müavini Azamat Hüseynbekov bildirib ki, suitilərin ölüm səbəbi aydınlaşdırılacaq və məlumatlar aidiyyəti şöbələrə veriləcək.
Rusiyanın əməkdar xilasedicisi Ziyavdin Nikomaqomedov isə bildirib ki, Mahaçqalanın sahilləri çox çirklidir və dənizə axıdılan sular təmizlənmir.
Oxşar xəbərlər
Koronavirusla bağlı hər kəsi maraqlandıran 17 CAVAB - VİDEO
Çindən dünyaya yayılan koronavirus epidemiyası barədə yenilənmiş məlumatlar hazırlanıb. BAKU.WS xəbər verir ki, bu barədə İstanbul Universitetinin Cərrahpaşa Ti...
