Xəzər sahilllərində tapılan ölü suitilərin sayı 2500-ə çatıb - YENİLƏNİB

Xəzər sahilllərində tapılan ölü suitilərin sayı 2500-ə çatıb - YENİLƏNİB
Siyasət 289

Dağıstanda Xəzər dənizinin sahillərində ölü tapılan, Qırmızı Kitaba düşən suitilərin sayı artaraq 2500-ə çatıb.

BAKU.WS TASS-a istinadla xəbər verir ki, bu barədə respublikanın Təbii Sərvətlər və Ekologiya Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, ölü heyvanlar Yüzbaş ərazisində, eləcə də Sulak və Şurinka çaylarının mənsəbləri arasında aşkar edilib.

Ölən heyvanların sayının hesablanması davam edir.

***18:16

Dağıstanda Xəzər sahilllərində tapılan ölü suitilərin sayı 1700-ə çatıb.

BAKU.WS-in TASS-a istinadla məlumatına görə, bu barədə Xəzərin Ekoloji Mühafizəsi Mərkəzinin rəhbəri Zaur Qapizov məlumat verib.

Onun sözlərinə görə, tapılan ölü suitilərin sayı daha çox ola bilər.

Z. Qapizov bildirib ki, heyvanlar fırtına nəticəsində həlak olublar.

“Torlarda və ya dəriləri soyulmuş suitilərə rast gəlinməyib. Tamamilə bütöv cəmdəklərdir və onların artıq iki həftədir ki, öldükləri müəyyən olunub”, - deyə Mərkəz rəhbəri qeyd edib.

Son xəbərlər