Xəstəxanaya daxil olub tibbi personalı döydülər - VİDEO
Türkiyədə xəstəxanaların birində xəstə yaxınları ilə tibbi personal arasında əlbəyaxa dava baş verib.
BAKU.WS xəbər verir ki, hadisə Sivas Təcili Yardım xəstəxanasında qeydə alınıb.
Dünən axşam saatlarında xəstəxanaya ayaq travması ilə bir şəxs müraciət edib. Ayağı qırılan şəxslə tibbi personalın maraqlanmadığını iddia edən şəxsin yaxınları mübahisəyə başlayıblar. Tərəflər arasında mübahisə sonradan əlbəyaxa davaya çevrilib.
Hadisə zamanı xəstəxananın 6 mühafizəçisi müxtəlif bədən xəsarətləri alıb. Yaranmış vəziyyətə yerli polis əməkdaşları müdaxilə edib və 8 nəfər saxlanılıb.
Oxşar xəbərlər
Ərdoğan: "Türkiyə BTQ ilə Londondan Çinə dəmir yolu bağlantısı qurub"
“Samsun-Sivas dəmir yolu xətti logistika nəqliyyatının inkişafına əhəmiyyətli töhfə verəcək”. BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezi...