Xersonun 29 yaşayış məntəqəsi ruslardan azad edildi

Xersonun 29 yaşayış məntəqəsi ruslardan azad edildi
Siyasət 94

Oktyabrın 1-dən etibarən Ukrayna hərbçiləri Xerson vilayətinin 29 yaşayış məntəqəsini Rusiya ordusundan azad edib.

BAKU.WS Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini briqada generalı Aleksiy Qromov brifinq zamanı bildirib .

"Oktyabrın 1-dən indiyədək 29 yaşayış məntəqəsi nəzarətə götürülüb".

O həmçinin bildirib ki, Ruslar Ukrayna Silahlı Qüvvələrinin irəliləyişinin qarşısını almaq, işğal olunmuş mövqeləri saxlamaq və itirilmiş ərazilərə nəzarəti bərpa etmək məqsədi ilə Xerson istiqamətində əks-hücumlar keçirməyə çalışırlar.

Son xəbərlər