Xərçəngə tutulan rəqqasə arıqlayıb belə oldu - FOTO
Bir müddət əvvəl xərçəng xəstəliyinə tutulan türkiyəli rəqqasə Tanyelidən (Öznur Kral) xəbər var.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, xəstəliyi səbəbilə bir neçə kiloqram çəki atıb.
Tanyeli oktyabrın 21-də xərçəng peyvəndi olunmaq üçün Kubaya gedib. Rəqqasə 10 gün orada qalıb. Kubadan qayıtdıqdan sonra səhhəti ilə bağlı açıqlama verən rəqqasə indi arıqlayaraq 52 kiloqram olduğunu deyib:
"Hazırda xəstəxanada yatıram. Damarlarım vasitəsilə qidalanıram. 52 kiloqrama qədər çəki itirdim. Xəstəxanadakı həkimlər mənə çox yaxşı baxırlar. Allahın icazəsi ilə yaxın günlərdə xəstəliyim bitər".
Oxşar xəbərlər
Xərçəng olan rəqqasə 11000 -lik iynəsinin bahalılığından şikayətləndi - FOTO
Xərçəng xəstəliyindən əziyyət çəkən türkiyəli rəqqasə Tanyeli müalicəsində istifadə edilən iynələrin qiymətindən şikayətlənib. BAKU.WS xəbər verir ki, o, sosia...