Xərçəngdən vəfat edən Pablo Nerudanın ölüm səbəbi yenidən araşdırılacaq - FOTO
Çili Apellyasiya Məhkəməsi siyasi xadim və Nobel mükafatçısı Pablo Nerudanın vəfat səbəbinin yenidən araşdırılması barədə qərar qəbul edib.
BAKU.WS xəbər verir ki, Nerudanın ölüm səbəbi xarici qurumlar tərəfindən araşdırılacaq.
Ötən il Pablonun qardaşı oğlu Rodolfo Reyes əmisinin xərçəngdən başqa hansı səbəblə vəfat etdiyi ilə bağlı məhkəməyə müraciət ünvanlayıb.
Reyes xarici tibbi ekspertiza qrupu Nerudanın zəhərlənərək öldüyünü bildirmişdi.
Pablo Nerudanın 1973-cü ildə hərbi çevrilişdən sonra xərçəngdən vəfat etdiyi bildirilmişdi. O ölümündən üç gün əvvəl Meksikadan sığınacaq istəmişdi. Nerudanın keçmiş sürücüsü zəhərləndiyini bildirmişdi. Lakin sonra bu iddialar öz əsasını tapmamışdı.
Oxşar xəbərlər
56 yaşlı aktyor xərçəngdən vəfat etdi - FOTO
"One Life To Live" serialının ulduzu Kamar de los Reyes vəfat edib. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, 56 yaşlı aktyor uzun müddət idi xərçəng xəst...