Xaşoqqinin qatilləri bağışlandı

Xaşoqqinin qatilləri bağışlandı
Siyasət 389

2 oktyabr 2018-ci ildə Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilən jurnalist Camal Xaşoqqinin qatilləri bağışlanıb.

BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Camal Xaşoqqinin oğlu Saleh Xaşoqqi açıqlama verib.

O deyib ki, Allah razılığını qazanmaq üçün bu qərarı alıblar:

“Bir pisliyin qarşılığı ona uyğun davranışdır. Lakin kim bağışlayarsa, onun mükafatını Allah verər. Şübhəsiz ki, Allah haqsızlıq edənləri sevməz”.

Qeyd edək ki, Saleh Xaşoqqi daha öncə verdiyi açıqlamada atasının öldürülməsinin siyasiləşdirilməsini istəmədiyini bildirmişdi.

Xatırladaq ki, “Vaşinqton Post” qəzeti Xaşoqqinin qətlə yetirilməsi əmrinin Vəliəhd Şahzadə Məhəmməd Bin Salman tərəfindən verildiyini yazmışdı.

Xaşoqqinin qatilləri bağışlandı

Oxşar xəbərlər

Son xəbərlər