Xarici ölkələrin səfirlikləri Azərbaycanı Zəfər Günü ilə bağlı təbrik edirlər

Xarici ölkələrin səfirlikləri Azərbaycanı Zəfər Günü ilə bağlı təbrik edirlər
Foto
Siyasət 92

Malayziyanın Bakıdakı səfirliyi Azərbaycanı Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə təbrik edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə diplomatik missiyanın "X" sosial şəbəkəsindəki hesabında paylaşım yer alıb.

"Malayziya səfirliyi Azərbaycan xalqı və hökumətinə Zəfər Gününün beşinci ildönümü münasibətilə ən səmimi təbriklərini çatdırır. Qoy bu gün sülhə, birliyə və firavanlığa ilham verməyə davam etsin", - paylaşımda qeyd olunub.

***

Macarıstanın Bakıdakı səfirliyi Azərbaycanı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib.

BAKU.WS xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında paylaşım edilib.

"Səfirliyimiz bütün Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə təbrik edir", - deyə səfirliyin təbrik mesajında bildirilib.

Xarici ölkələrin səfirlikləri Azərbaycanı Zəfər Günü ilə bağlı təbrik edirlər

***

Əfqanıstanın Bakıdakı səfirliyi də Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib.

BAKU.WS xəbər verir ki, Bu barədə səfirliyin sosial şəbəkə hesabında məlumat yayılıb.

"8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını ürəkdən təbrik edirik", - deyə səfirliyin təbrikində bildirilib.

Son xəbərlər