Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev Xarici Kəşfiyyat Xidmətinin fəaliyyəti ilə bağlı normativ-hüquqi aktlarda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
BAKU.WS President.az-a istinadən xəbər verir ki, Fərmana əsasən, aşağıdakı sənədlərdə dəyişikliklər təsdiq edilib:
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 725 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi"ndə dəyişiklik edilib.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 iyul tarixli 1764 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin bəzi hərbi qulluqçularının pul təminatının tənzimlənməsi Qaydası"na dəyişikliklər təsdiqlənib.
Fərmanda həmçinin qeyd olunub ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu sənəddən irəli gələn məsələlərin həll edilməsi tapşırılıb.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...