Xarici jurnalistlər “Laçın” sərhəd-buraxılış məntəqəsi ilə tanış olublar - FOTO

Xarici jurnalistlər “Laçın” sərhəd-buraxılış məntəqəsi ilə tanış olublar - FOTO
Foto
Siyasət 5

Azərbaycanda səfərdə olan xarici jurnalistlər “Laçın” sərhəd-buraxılış məntəqəsi ilə tanış olublar.

BAKU.WS report-a istinadən xəbər verir ki, xarici KİV nümayəndələrinə sərhəd-buraxılış məntəqəsinin fəaliyyəti barədə geniş məlumat çatdırılıb.

Qeyd edilib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiətilə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin sərbəst keçidinə şərait yaradılır.

Bütün bunlar Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu sübut edir.Qonaqlar həmçinin, Laçın şəhərində olublar.

Onlara şəhərdə aparılan yenidənqurma və abadlıq işlərinin gedişatı ilə bağlı da ətraflı məlumat verilib.

Son xəbərlər