Xarici İşlər Nazirliyi tərəfindən diplomatik pasport verilən şəxslərin siyahısı genişləndirildi

Prezident İlham Əliyev "Pasportlar haqqında" və "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Qanunu təsdiq edib.
BAKU.WS President.az-a istinadən xəbər verir ki, "Pasportlar haqqında" Qanuna dəyişikliklə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbər işçilərinə (şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərlərinin müavinləri də daxil olmaqla yuxarı vəzifəlilərə) də diplomatik pasport veriləcək.
Həmçinin "Dövlət qulluğu haqqında" Qanuna dəyişikliklə bu qanun Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədrinə, sədr müavinlərinə və digər üzvlərinə də şamil olunur.
Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının Aparatı dövlət orqanlarının təsnifatından çıxarılır.
Eləcə də Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi vəzifəsi inzibati və yardımçı vəzifələrin təsnifatına daxil edilir.
Oxşar xəbərlər
Azərbaycanla Ermənistan ikitərəfli formatda dialoqu davam etdirmək barədə RAZILIĞA GƏLİB
BƏƏ-nin Əbu-Dabi şəhərində iyulun 10-da Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında görüş keçirilib və Azərbaycan-Ermənistan dövlətlərarası normal...