Xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə başsağlığı verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin 13 mülki vətəndaşının PKK terror təşkilatı tərəfindən qətlə yetirilməsi ilə əlaqədar qardaş ölkəyə başsağlığı verib.
BAKU.WS xəbər verir ki, bu barədə nazir şəxsi "Twitter"dəki səhifəsində qeyd edib.
"Xain terror hücumu nəticəsində Türkiyənin 13 vətəndaşının öldürülməsi xəbəri bizi çox kədərləndirdi. Şəhidlərin ailələrinə və qardaş Türkiyə xalqına başsağlığı bildiririk. Dinc insanlara qarşı törədilən terror aktını şiddətlə qınayırıq.
Başın sağ olsun, qardaş Türkiyə!", - deyə nazir sosial şəbəkədə yazıb.
Oxşar xəbərlər
Bir qrup hərbu qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...