Xarici diplomatlar Şəki və Zaqatalaya yollandı

Xarici diplomatlar Şəki və Zaqatalaya yollandı
Siyasət 387
Xarici İşlər Nazirliyinin təşkilatçılığı Azərbaycanda fəaliyyət göstərən 50-dən çox diplomatik nümayəndəliklərin rəhbərləri və onların xanımlarının Şəki və Zaqatala rayonlarına tanışlıq səfərləri həyata keçirilir.BAKU.WS xəbər verir ki, səfərin məqsədi ölkəmizin regionlarının inkişafı və bu xüsusda, bölgələrdə həyata keçirilən sosial və iqtisadi layihələr, habelə turizmin inkişafı ilə yerindəcə tanış olmaqdır.Səfər çərçivəsində xarici diplomatlar Şəki rayonunda “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq qoruğu, Xan Sarayı, “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi, Yuxarı Karvansaray, “Şəki Şərab” Azərbaycan Sənaye Korporasiyası və Kiş kəndində qədim Alban məbədi ilə tanış olacaqlar.Diplomatlar, eyni zamanda Zaqatala rayonunda “Heydər Əliyev Mərkəzi”, Tarix-Mədəniyyət qoruğu, Heydər Parkı, Dədə Qorqud Meydanı, Alban kilsəsi, Tarix-Diyarşünaslıq Muzeyi, eləcə də Fındıq emalı zavodu, “Azroze MMC” və “Azərtütün” MMC ilə tanış olacaqlar.Səfər iyunun 28-də başa çatacaq.

Oxşar xəbərlər

Məktəblilərə ŞAD XƏBƏR: 18 mayadək pulsuz olacaq

Məktəblilərə ŞAD XƏBƏR: 18 mayadək pulsuz olacaq

18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə "Məktəblilər üçün muzey həftəsi”nə st...

1313 Sosial 11:40 14 may 2019

Son xəbərlər